EN

İnanıram ki, orada penalti var idi Brahim Konate

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Zirə”nin yarımmüdafiəçisi Brahim Konatenin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə görüşdə bərabərə qaldınız. 2:2-lik heç-heçə necə şərh edərdiniz?

- Fikrimcə, yaxşı oyun oldu. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi. “Neftçi” də bizim kimi geniş heyətə malikdir. Bu mövsüm hələ uduzmamışıq. Şükürlər olsun ki, bu dəfə də seriyamızı davam etdirdik. Qazanılan 1 xaldan məmnunuq.

- Hesabda öndə olduğunuz oyunda az qala məğlub olacaqdınız. Hələ uduzmamışıq fikriniz təsəllidir?

- Xeyr, biz hər matça qələbə üçün çıxırıq. Fərqi yoxdur “Şamaxı”ya qarşı oynayırıq, ya “Neftçi”yə. Dediyim kimi, “Neftçi” güclü rəqibdir. Ona görə də qazanılan bu 1 xal bizim üçün dəyərlidir.

- Birinci hissədən sonra hər şey “Zirə”nin xeyrinə idi. İkinci hissənin ortalarında birdən-birə nə baş verdi ki, matçın gedişi tam dəyişdi?

- Rəqib güclü olduğu üçün 90 dəqiqə ərzində yeni səviyyədə oynamaq olmur. “Neftçi” çoxsaylı keyfiyyətli futbolçulardan təşkil olunub. Azsaylı qol epizodlarından yararlandılar. Dəqiq səbəb göstərmək çətindir. Ümumilikdə yaxşı oyun oldu.

- Mübahisəli penalti epizodu barədə fikirləriniz necədir?

- Epizoda baxmamışam. Hakimin qərarına hörmətlə yanaşmalıyıq. İnanıram ki, orada penalti var idi.

- Xal itirməklə həm də liderliyi əldən verdiniz...

- Bəli, “Araz-Naxçıvan” qələbə qazanmaqla zirvəyə yüksəldi. Lakin çempionat uzun marafondur. Qarşıda hələ çox oyun var. Daha çox çalışıb ilk pilləni qaytarmalıyıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
2
qol.az

3Sources