EN

İcra başçısı qabaqcıl pedaqoqlarla görüşdü Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Yasamal Rayon İcra Hakimiyyətində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonun ümumtəhsil məktəblərinin qabaqcıl pedaqoqları ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşün əvvəlində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələri birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yasamal RİH başçısının müavini Təravət Muradova vurğulayıb ki, 5 oktyabr yalnız bir bayram deyil, elmə, təhsilə, milli kimliyimizə və gələcəyimizə xidmət edən insanların günü kimi dəyərlidir.

Daha sonra müəllimləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ümummilli Lider Heydər Əliyevin “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladıb. Bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev elm və təhsilə xüsusi qayğı göstərir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Hazırda azad edilmiş Qarabağda sürətlə yeni məktəblər tikilir və istifadəyə verilir. İndi biz Qarabağı bərpa edirik və ora həyat, təhsil, tədris qayıdır.

İcra başçısı vurğulayıb ki, müəllimlər təhsil sisteminin hərəkətverici qüvvəsidir. Qeyd edib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Daha sonra söz alan müəllimlər bildiriblər ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı edib.Təbirdə çıxış edən müəllimlər bu sahənin inkişafına dair öz fikir və mülahizələrini bölüşüblər.

Daha sonra müəllimlərə Yasamal Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib və xatirə fotosu çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
qafqazinfo.az

2Sources