“Yerli seçkilər dinc şəraitdə keçirilir, “Gürcü Arzusu” inamlı qələbə əldə edəcək”.
Leqal.info xəbəri verir ki, bunu Gürcüstanın hakim partiyasının sədri, Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Gürcü Arzusu”nun araşdırmalarına əsasən, partiya bütün ölkə üzrə 60%-dən çox səs qazanacaq.
“Hesab edirəm ki, Tbilisidə və bütün bələdiyyələrdə merliyə namizədlərimiz 60 faizdən çox səs toplayacaqlar. Bizim çox yaxşı gözləntilərimiz var”, - Baş nazir deyib.
İ.Kobaxidze qeyd edib ki, “Gürcü Arzusu” ölkəyə sülh və tərəqqi gətirən yeganə partiyadır.
Leqal.info