EN

Xəzər rayonunda oğurluq edən şəxslər saxlanıldılar

BAKI, 4 oktyabr. TELEQRAF

Paytaxtın Xəzər rayonunda yerləşən evlərdən təmir-tikinti alətləri oğurlanıb.

Teleqraf-ın xəbərinə görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı R.Mirzəcanov və həmyaşıdı B.Cahangirov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla R.Mirzəcanovun bundan əvvəl də ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 4840 manat dəyərində təmir alətləri, monitor, maqnitofon, səsgücləndirici oğurlaması da məlum olub.

Araşdırmalar davam etdirilir.

Chosen
19
7
teleqraf.com

8Sources