EN

“Qarabağ”a görə məşhur kanalı günahlandırdı: "Bu nə hörmətsizlikdi?" - VİDEO

Türkiyəli “yutuber” Onur Naci Öztürkler “Qarabağ"- "Kopenhagen" oyunu (2:0) ilə bağlı TRT-nin əməkdaşlarını sərt tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabında video çəkərək paylaşım edib.

Belə ki, yutuber Qarabağın oyununu şərh edən TRT kanalının şərhçilərini oyunu zəif şərh etdikləri üçün tənqid edib:

"Azərbaycanda "Qalatasaray"ın, "Beşiktaş"ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər.

Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma "Benfika" "Qarabağ"a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər.

"Kopenhagen"in hücumunu həyəcanla şərh edirlər.

O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?".

Chosen
20
sportinfo.az

1Sources