EN

Bakıda belinə banka qoyulan qadın yanıq xəsarətindən ölüb

Bakıda belinə banka qoyulan qadının ölüm faktı ilə bağlı Səbail rayon Məhkəməsinin hökmü elan edilib.

“İki sahil” xəbər verir ki, iş üzrə təqsirli bilinən Elnarə Əliyeva məhkəmənin hökmü ilə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

O, üç il ərzində elektron qolbaq daşıyacaq.

Qeyd edək ki, istintaq işinə əsasən, bu il fevralın 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub. Bu zaman E.Əliyevanın əlindki etil spirti ehtiyatsızlıqdan Sədaqət Nəbiyevanın üzərinə tökülüb və alışqanla təmas olduğundan dərhal yanmağa başlayıb. Bədəninin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb.

Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Chosen
17
26
ikisahil.az

10Sources