EN

Nazir müavini: "UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır".
Oxu.Az "Trend"ə istinadla xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda çıxış edərkən deyib.
O bildirib ki, təhsil cəmiyyətin inkişafında əsas rol oynayır.
"Ölkəmizin sosial sahədə inkişafından biri də insan kapitalının inkişafıdır. Təhsil hər bir dövlətin iqtisadiyyatının formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bir sıra sahələrdə islahatlar aparılıb ki, bunlardan biri də təhsil sahəsidir. Bu sahədə bir sıra addımlar atılıb və işlər görülüb, görülməkdə də davam edir. Bu gün təhsildə də yeni çağırışlar formalaşıb. Gənclərdən də bu tələblərə uyğunlaşmaq tələb olunur. Digər ölkələr kimi bizdə də rəqəmsal iqtisadiyyatın qurulmasına çalışılır. Bu yerdə də gənclərin rəqəmsal inkişafına ehtiyac var. Təhsildə bəzi bacarıqların əldə edilməsində süni intellektdən bir alət kimi istifadə olunur".
Nazir müavininin sözlərinə görə, ölkəmizdə peşə təhsili ilə bağlı statistika 10%-in üzərindədir.
"Bu, digər ölkələrdə müqayisədə aşağıdır. Bu sahədə inkişafa ehtiyac var. Amma son 5 ildə biz peşə təhsilində qəbulu artırmışıq. Ali təhsildə isə əhatəlilik yüksək dərəcədə artırılıb. Artıq ali təhsildə qəbul səviyyəsi 75 min nəfərin üzərindədir. Növbəti illərdə də bu artırılacaq. Eyni zamanda dövlət sifarişli yerlərin sayı artmaqda davam edilir. Ali təhsildə bu, 50% həyata keçirilib. Növbəti illərdə də dövlət sifarişli yerlərin artırılması ilə bağlı işlər davam edəcək", - deyə o əlavə edib.
Chosen
35
6
oxu.az

7Sources