EN

Paytaxtda növbəti təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib

Bu gün payız mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə növbəti dəfə təmizlik işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb.

Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub.

Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qurumuş budaqları budanıb, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb, onların yerinə yeni, iqliməuyğun ağacların əkilməsi aparılır. Həmçinin gün ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd Çezalpiniya gül kolu əlilib.
Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən növbəti təmizlik işləri Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini vermişdir.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunmasıüçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcəkdir.

Paytaxtda Paytaxtda Paytaxtda Paytaxtda Paytaxtda Paytaxtda Paytaxtda Paytaxtda Paytaxtda Paytaxtda Paytaxtda
Chosen
24
20
apa.az

10Sources