EN

Münhen aeroportu fəaliyyətini bərpa edib - Yenilənib

Pilotsuz uçuş aparatlarının görünməsi səbəbindən işini dayandıran Münhen aeroportu fəaliyyətini bərpa edib.Bu barədə "Reuters" xəbər verir.

Bildirilir ki, hava livanının fəaliyyətində gün ərzində fasilələr ola bilər.

***

Almaniyanın Münhen hava limanı bir neçə pilotsuz uçuş aparatının görünməsi səbəbindən fəaliyyətini yenidən dayandırıb.Bu barədə "Reuters" məlumat yayıb.

"Münhen hava limanında hər iki uçuş-enmə zolağı bağlıdır", - agentlik hava limanının sözçüsündən sitat gətirib. Pilotsuz uçuş aparatlarının görünməsinin hava limanının bağlanmasına səbəb olub-olmadığı hələ aydın deyil.

Münhen Federal Polis İdarəsinin sözçüsü Tomas Borovik Bild qəzetinə deyib: "Biz mümkün pilotsuz uçan aparatların fəaliyyəti ilə bağlı xəbərləri araşdırırıq. Təhlükəsizliyə görə hava hərəkətinə nəzarət 21:28-də (Bakı vaxtı ilə 23:28) uçuşları dayandırıb".

Münhen Hava Limanının mətbuat xidməti həmçinin bildirib ki, uçuşlar ehtiyat tədbiri olaraq növbəti xəbərdarlığa qədər dayandırılıb.

Oktyabrın 2-də axşam saatlarında Münhen Beynəlxalq Hava Limanından uçuşlar bir neçə naməlum pilotsuz təyyarənin aşkarlanması ilə əlaqədar dayandırılıb.

Chosen
6
2
anews.az

3Sources