EN

Rusiyada daha bir neft emalı zavodu vuruldu

Ukraynanın zərbə tipli dronları Rusiyanın Leninqrad vilayətində yerləşən Kirişi şəhərinə hücum edərək ölkənin ən böyük neft emalı müəssisələrindən biri olan "Kirişinefteorqsintez" zavodunu vurub.

"Cebheinfo.az" xəbər verir ki, hücum barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat verib.

Drozdenko bildirib ki, sənaye zonasındakı yanğınla bağlı məlumat var: "Yanğınsöndürənlər artıq hadisə yerindədir".

Məlumata görə, hücumun hədəfi "Surqutnefteqaz" şirkətinə məxsus olan "Kirişinefteorqsintez" zavodu olub.

"Cebheinfo.az" 

Chosen
10
11
cebheinfo.az

10Sources