EN

III MDB Oyunları: Daha bir cüdoçumuz bürünc medal qazandı

Azərbaycan daha bir cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.

HİT.az xəbər verir ki, Fidan Cəlilli (70 kq) turnirdə üçüncü yerə çıxıb. Bu çəki dərəcəsində görüşlər dairə sistemlə keçirilib.

Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Zemfira Əliyeva (+70 kq) bürünc mükafata sahib çıxmışdı.

III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.
 

Chosen
19
7
hit.az

8Sources