“Oqtay Şirəliyevlə şəxsən dostluq edirdim. Çox gözəl insan, gözəl bir həmkar idi”.
Bizim.Media xəbər verir ki, bunu keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə bağlı danışarkən bildirib.
O deyib: “Hər bir çətinlikdə insanlara əl uzadan, kömək edən şəxs idi. Mədəniyyət işçilərinin bir barmağı ağrısa belə canla-başla yardım edirdi”.
Keçmiş nazir mərhumun həm peşəkar, həm də insani keyfiyyətlərinin onu hər kəsin yaddaşında xeyirxah və fədakar şəxs kimi yaşadacağını vurğulayıb.
Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Bir sıra vəzifələrdə çalışıb, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.
O, oktyabrın 3-də axşam saatlarında vəfat edib.
Bizim.Media