Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilir.
Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsini və görülən işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Sərəncam 2025-ci il avqustun 1-dən tətbiq edilir.