EN

Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb

Bakı. Trend:

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayındaqılıncoynatma üzrə yarışlar davam edir.

Trendxəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə millikomandası yarımfinalda Özbəkistana 37:45 hesablı ilə uduzub.

Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva vəXədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medalqazanıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştiraketdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Məqalədə:
Chosen
38
4
az.trend.az

9Sources