EN

İsrail ordusu Trampın Qəzza planının birinci mərhələsinin icrasına hazırlıqları sürətləndirir

İsrail ordusu bu gün bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibəni bitirmək və qalan girovları geri qaytarmaq planının birinci mərhələsinin həyata keçirilməsinə hazırlıq işlərini sürətləndirir.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Ordu bildirib ki, İsrailin siyasi rəhbərliyi tərəfindən planın icrasına hazırlığın sürətləndirilməsi barədə göstəriş verilib. Adının açıqlanmasını istəməyən rəsmi bir şəxs qeyd edib ki, İsrail ordusu hazırda Qəzzada yalnız müdafiə mövqeyindədir və aktiv hücum əməliyyatları aparmır. Həmin rəsmi, həmçinin bildirib ki, Qəzza zolağından hər hansı qüvvə çıxarılmayıb.

Qeyd edək kİ, Tramp, çərşənbə axşamı baş verən hücumun ikinci ildönümünə qədər müharibəni dayandırmaq və girovları geri qaytarmaqla bağlı verdiyi vədləri yerinə yetirməyə çalışır. Bu həftə onun açıqladığı təklif beynəlxalq miqyasda geniş dəstək qazanıb və İsrailin Baş naziri Benyamin Netanyahunun da dəstəyini alıb.

Chosen
23
1
apa.az

2Sources