EN

Nəsimi rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının aparatı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Rayonun orta təhsil müəsissələrinin işçiləriiştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ehtiramlarını bildirdilər.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və  Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov rayon müəllimlərini təbrik edərək bildirdi ki, Müəllimlik tarixən Azərbaycan cəmiyyətində müqəddəs bir missiya daşıyıb. Çünki xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, elm və biliklə silahlanmasında müəllimlərin rolu əvəzsizdir. Ulu Öndər Heydər Əliyev müəllimlik sənətini həmişə yüksək dəyərləndirərək deyirdi ki, “Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti şərəfli bir sənətdir.” Bu sözlər həm o dövr, həm də bu gün üçün böyük həqiqətdir.”

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov müəllimləri təbrik edərək, xoş və səmimi arzularını bildirib. Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışaraq qeyd etdi ki, təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndər daim bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndərin “Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edirlamı müəllimlərə göstərilən yüksək hörmətin və etimadın bariz nümunəsidir.

Natiq xüsusi vurğuladı ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Hər birimizin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz  xidmətləri vardır. Məhz buna görə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qazandığımız hər bir nailiyyətin əsasında müəllim əməyi, müəllim zəhməti dayanır” fikri bu gün Azərbaycan müəlliminin fədakar fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Natiq çıxışına yekun vuraraq bildirdi ki, tam əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri nəticəsində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyaraq, gələcəyin savadlı, milli ruhlu və vətənpərvər nəsillərinin formalaşmasına möhtəşəm töhfələr verməkdədir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva müəllim əməyinin mənəvi tərəflərinə toxunaraq, onların cəmiyyətdə sülhün, humanizmin və tərəqqinin carçıları olduğunu söyləmişdir.

Digər çıxış edənlər Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Sevinc Budaqova, əməkdar müəllim Sevda Quliyeva bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmışdı.

Tədbirdə çıxış edən təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təhsil işçilərinə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.

Chosen
1
4
veteninfo.az

5Sources