EN

XİN: İsrailin saxladığı 36 türk aktivisi bu gün vətənə qaytarılacaq

İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən "Qlobal Sumud Donanması" gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndəriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.

Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir.

“Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, - Keçeli bildirib.

Chosen
11
17
operativmm.az

10Sources