EN

Daha bir cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

Azərbaycan daha bir cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Fidan Cəlilli (70 kq) turnirdə üçüncü yerə çıxıb.

Bu çəki dərəcəsində görüşlər dairə sistemlə keçirilib.

Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Zemfira Əliyeva (+70 kq) bürünc mükafata sahib çıxmışdı.

III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.

12:40

Azərbaycan cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.

Bu çəki dərəcəsində görüşlər dairə sistemlə keçirilib.

Qeyd edək ki, III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.

"Cebheinfo.az" 

Chosen
13
7
cebheinfo.az

8Sources