EN

Polis Akademiyasında Bakı şəhərinin məktəbliləri üçün “Açıq qapı” tədbirlərinə start verilib

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

BAKU.WS xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda yerləşən 183 nömrəli tam orta məktəbin şagirdləri Polis Akademiyasında keçirilmiş "Açıq qapı" tədbirinin qonağı olublar.

Şagirdlər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, "İnformasiya təhlükəsizliyi" fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar və yataqxana ilə tanış olublar.

Qonaqlara Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş "Virtual Akademiya" platformasından istifadə edərək tədris müəssisəsi ilə onlayn tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılıb.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
3
baku.ws

3Sources