EN

Ukrayna Rusiyanın raket daşıyan gəmisini vurub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kareliya Respublikasının Onejsk gölü ərazisində yerləşən “Buyan-M” raket daşıyan gəmisinə dronla hücum edərək onu zədələyib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu tip gəmilər üzaqmənzilli “Oniks” və “Kalibr” qanadlı raketlərini daşımaq qabiliyyətinə malikdir.

"Cebheinfo.az" 

Chosen
14
9
cebheinfo.az

10Sources