EN

Qəzzada girovlar azad edilməlidir! - Koşta

Qəzzada girovlar azad edilməli, atəşkəs əldə edilməli və humanitar yardıma maneəsiz çıxış təmin edilməlidir.

Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta X sosial şəbəkəsində yazıb.

"Qəzzada sülh nəhayət əldə edilə bilər. HƏMAS-ın ABŞ prezidentinin sülh təklifinə cavabı irəliyə doğru atılmış mühüm addımdır. İndi ardıcıl olaraq girovların azad edilməsi, atəşkəs və maneəsiz humanitar yardımın əldə edilməsi təmin edilməlidir. Bütün tərəfləri operativ və məsuliyyətli hərəkət etməyə çağırıram", - Koşta vurğulayıb.

O, həmçinin qeyd edib ki, Aİ öz tərəfdaşları ilə birlikdə ədalətli və davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcək.

Chosen
11
4
axar.az

5Sources