EN

Qırğızıstanda referendum keçirilə bilər

Qırğızıstanda ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi referenduma çıxarıla bilər.

Bu barədə Prezident Sadır Japarov Bişkekdə "Kabar" dövlət xəbər agentliyinə müsahibəsində bildirib.

"Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. Bundan sonra Konstitusiya Məhkəməsi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə rəy verəcək. Layihə referendumla qəbul oluna bilər", - o qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bu məsələni ümumxalq səsverməsi yolu ilə həll etmək olar.

Prezident bir daha xatırladıb ki, hazırda Qırğızıstanda ölüm hökmü qadağandır və hər kəsin yaşamaq hüququ var.

 

Chosen
5
2
7news.az

9Sources