EN

Bu suallara cavab vermək istəmirəm Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Cabir İmamovun atası, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov oğlunun vəhhabi olması barədə iddialara cvab vermkdən imtina edib.

Mia.az xəbər verir ki, Qorxmaz İmanov Teleqraf-a açıqlamasında bu məsələ haqqında danışmaq istəmədiyini bildirib.

"Mən matəm içindəyəm. Bu suallara cavab vermək istəmirəm. Bütün jurnalistərdən bizi narahat etməməyi xahiş edirəm", - o bildirib.

"Planet Parni iz Baku" KVN Teatrının aktyoru, Cabir İmanovun yaxın dostu Ələkbər Əliyevin isə deyilənlərə cavabı belə olub: "Öz işləri ilə məşğul olsunlar".

Qeyd edək ki, Cabir İmanov bir neçə gün öncə Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
12
mia.az

10Sources