Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası III MDB Oyunlarında bürünc medal qazanıb.


Rekord.az xəbər verir ki, yığma yarımfinalda Özbəkistan kollektivi ilə üz-üzə gəlib.


Qarşılaşma rəqibin 45:37 hesablı qələbəsi ilə başa çatıb.


Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.