EN

Bakıda belinə banka qoyulan qadın yanıq xəsarətindənölüb

Bakıda belinə banka qoyulan qadın yanıq xəsarətindən ölüb

Redaktor.az "Report"a istinadla xəbər verir ki, bu il fevral 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub. Bu zaman Elnarə Əliyeva bankanı diqqətsiz saxladığından əlindən sürüşərək içindəki etil spirti Sədaqət Nəbiyevanın bel və kürək nahiyələrinə tökülüb. Bu zaman qadın yanmağa başlayıb.

Bədənin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb.

Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Elnarə Əliyeva 3 il azadlığın məhdudlaşdırması cəzasına məhkum edilib. O, 3 il ərzində elektron qolbaq daşıyacaq.

Chosen
4
26
redaktor.az

10Sources