Xalq artisti Zülfiyyə Xanbabayeva həmkarı Aygün Kazımovanın "Best of Aygun - All stars" albomunda yer alanlar sırasındadır.
Axşam.az xəbər verir ki, müğənni Pop kraliçanın "Sevgilim, süz" mahnısını oxuyub. Xanbabayeva mahnını illər əvvəl həmkarının 35 illik yubileyində oxuyub.
Qeyd edək ki, "Best of Aygun - Alla stars" albomunda 32 ifaçı bir araya gəlib. Onlar Pop divanın 40 illik musiqi irsini bir neçə sənət dostlarının ifasında dinləyicilərə təqdim edib.