EN

11 ilə qədər həbs olunaBİLƏR

Türkiyəli aktyor Ufuk Bayraktar barəsində açılan cinayət işi üzrə istintaq tamamlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, Ufuk Bayraktar və dostu Volkan Akbaş İstanbulda restoran biznesi məşğul olan iş adamının obyektinə gələrək əvvəlcə ondan obyektin təhlükəsizliyi adı altında həftəlik 25 min lirə tələb edib. Daha sonra bu məbləğ 10 min lirəyə endirilsə də, sahibkar tələbi qəbul etməyib və polisə müraciət edəcəyini bildirib.

Sözügedən hadisədən sonra isə U. Bayraktarın iş adamını təhdid etməsi və ona hücum edərək yumruq vurduğu iddia olunub. Şikayətçinin ərizəsini geri çəkməsinə baxmayaraq, İstanbul Baş Prokurorluğu şübhəlilərin 7 il 6 aydan 11 il 3 aya qədər həbs cəzası ilə cəzalandırılmasını tələb edib.

Chosen
23
4
redaktor.az

5Sources