EN

Xankəndində polislər fasiləsiz xidməti edir

Yazını böyüt
Yazını kiçilt

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

DİN-in mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub.

Polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılıb.

Chosen
14
22
hafta.az

10Sources