EN

Azərbaycan millisi ikinci yeri tutdu - III MDB Oyunlarında

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələdə təşkil olunan III MDB Oyunlarında final matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, yığmamız həlledici oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində hər iki qolu Əli Bəşirov (46 və 67-ci dəqiqələr) vurub.

Bununla Rusiya yığması III MDB Oyunlarının qalibi olub, Azərbaycan millisi isə gümüş mükafat qazanıb. 3-cü yer uğrunda matçda Tacikistan üzərində 2:0 hesablı qələbə qazanan Belarus seçməsi turnirin bürünc medallarına yiyələnib.

Millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.

Chosen
37
sportinfo.az

1Sources