EN

Azərbaycanda 6 ayda neft və qaz hasilatı və xidmətlərindən daxilolmalar 835 milyon manatı ötüb

Bu ilin I yarısında Azərbaycanda mәdәnçıxarma sәnayesi üzrә ödәniş daxilolmaları 3 milyard 469,4 milyon manat təşkil edib...

Poliqon bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 16,7 % çoxdur.

6 ayda artıma əsas töhfәləri xam neft hasilatı (692,9 milyon manat) vә neft vә tәbii qaz hasilatı sahәsindә xidmәtlәrin göstәrilmәsi (142,6 milyon manat) qrupları verib.

Beləliklə, I rübdə mәdәnçıxarma sәnayesi üzrә ödәniş daxilolmaları 1 milyard 378,3 milyon manat, II rübdə isə 2 milyard 091,1 milyon manat olub, Bu da, illik müqayisədə müvafiq olaraq 20,4 % və 30,7 % artım deməkdir.

II rübdə artım әsasәn xam neft hasilatı (415,6 milyon manat) vә neft vә tәbii qaz hasilatı sahәsindә xidmәtlәrin göstәrilmәsi (52,4 milyon manat) qrupları hesabına formalaşıb.

Poliqon.info

Chosen
4
8
poliqon.info

9Sources