EN

İvanişvilini devirmək istəyən siyasi liderlərin adları açıqlandı

BAKI, 4 oktyabr. TELEQRAF

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə planlaşdırılan mitinqin təşkilatçılarından biri Paata Burçuladze mitinqin təşkilat komitəsini təqdim edib.

Teleqraf xəbər verir ki, bura onunla yanaşı, İrakli Nadiradze, Murtaz Zodelava, Laşa Beridze və Paata Mancqaladze daxildir.

“Bunu təşkil edən bizik. Hər kəsdən xahiş edirəm, növbəti addımları atan biz olmalıyıq, hamımız onların ardınca getməliyik və onlar bizi qələbəyə aparacaqlar. Sona qədər mübarizə aparın. Bayraqları unutmayın, qələbə bizimdir”, - Paata Burçuladze bildirib.

Müxalif siyasətçi Bidzina İvanişvili və komandası üzərində qələbə qazanacaqlarını vurğulayıb.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir. Həmin gün müxalifət hökuməti dinc yolla devirmək məqsədi ilə Tbilisinin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. Gürcüstan hakimiyyəti etiraz aksiyasının təşkilatçılarına dəfələrlə xəbərdarlıq edib ki, pozuntulara görə qanunun ən yüksək həddi ilə cəzalandırılacaq.

Keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və digər partiya təmsilçisi, Tbilisi şəhər şurasının üzvü Zviad Kuprava hökumətin devrilməsinə çağırışlara görə həbs edilib.

Chosen
40
teleqraf.com

1Sources