EN

"Qlobal Sumud Donanması"nın iştirakçıları Türkiyəyə gətirilib

İsrail tərəfindən beynəlxalq sularda saxlanılan "Qlobal Sumud Donanması"nın iştirakçıları Türkiyəyə gətirilib...

"Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, 36-sı Türkiyə vətəndaşı olan 137 "Sumud" iştirakçısı xüsusi aviareyslə İstanbul hava limanına enib.

Həmin şəxslər arasında təkcə Türkiyə deyil, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşları da var.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail hərbçiləri Qəzza sektorunun sahillərinə fələstinlilər üçün humanitar yardımla gedən "Sumud" flotiliyasının doqquz gəmisini saxlamışdılar.

İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri "Sumud" humanitar flotiliya ilə əlaqə saxlayaraq istiqaməti dəyişməyi xahiş edib, çünki onun gəmiləri döyüş zonasına yaxınlaşır və Qəzza sektoruna dəniz blokadasını pozur.

Poliqon.info

Chosen
38
2
poliqon.info

6Sources