EN

Kamandan ox atanların final uğrunda mübarizəsindən FOTOREPORTAJ

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xankəndi, 4 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların komanda və qarışıq komanda mərhələlərinə yekun vurulub.

Yarışların həlledici mərhələsi sabah baş tutacaq. Final günündə qadınlardan ibarət yığma komandamız bürünc medal uğrunda Belarus komandasına qarşı mübarizə aparacaq.

AZƏRTAC kamandan oxatma üzrə yarışlardan fotoları təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
2
azertag.az

3Sources