EN

Neft və qaz hasilatından daxilolmalar 835 milyonu ötdü

Bu ilin I yarısında Azərbaycanda mәdәnçıxarma sәnayesi üzrә ödәniş daxilolmaları 3 milyard 469,4 milyon manat təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 16,7% çoxdur.

6 ayda artıma əsas töhfәləri xam neft hasilatı (692,9 milyon manat) vә neft vә tәbii qaz hasilatı sahәsindә xidmәtlәrin göstәrilmәsi (142,6 milyon manat) qrupları verib.

Beləliklə, I rübdə mәdәnçıxarma sәnayesi üzrә ödәniş daxilolmaları 1 milyard 378,3 milyon manat, II rübdə isə 2 milyard 091,1 milyon manat olub, Bu da, illik müqayisədə müvafiq olaraq 20,4% və 30,7% artım deməkdir.

II rübdə artım әsasәn xam neft hasilatı (415,6 milyon manat) vә neft vә tәbii qaz hasilatı sahәsindә xidmәtlәrin göstәrilmәsi (52,4 milyon manat) qrupları hesabına formalaşıb.

Chosen
6
8
axar.az

9Sources