EN

Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Futbol üzrə Çexiya U-21 millisinin Avro-2027 seçmə mərhələsi üçün heyəti açıqlanıb. Çexlər oktyabrın 10-da Azərbaycanla, oktyabrın 14-də isə Bolqarıstanla qarşllaşacaq.

QOL.az xəbər verir ki, baş məşqçi Mixal Bilek komandaya 23 futbolçu cəlb edib:

Qapıçılar: Kolin Andrev (“Dinamo”, Çeske-Budeyevitse), Viktor Bayer (“Viktoriya”, Plzen), Yan Koutnı (“Siqma”)

Müdafiəçilər: Ondrej Houdek (“Artis”), Erik Gunal (“Dukla”, Praqa), Yan Xitri, Albert Labik (hər ikisi – “Karvina”), Mikulaş Koneçnı (“Pardubitse”), Yan Paluska (“Viktoriya”, Plzen), Adam Şevinski (“Sparta”, Praqa)

Yarımmüdafiəçilər: Lukas Ambros (“Qurnik”, Polşa), Aleksandr Bujek (“Karvina”), Marek Havran, Ondrej Kriçfalushi, David Planka (hamısı – “Banik”, Ostrava), Tomaş Yelinek (“Slaviya”, Praqa), Tom Slonçik (“Hradec-Kralove”), Matey Şin (“Alkmaar”, Niderland), Matey Jitnı (“Dukla”, Praha);

Hücumçular: Yannik Eduardo (“Dordrext”, Niderland), Lukaş Maşek (“Slovan”, Liberec), Matey Mikulenka (“Siqma”), Matiaş Voyta (“Mlada-Boleslav”).

Baş məşqçi Mixal Bilek Çexiya Futbol Federasiyasının saytına müsahibəsində Azərbaycanın U-21 yığması ilə oyun barədə fikirlərini də bölüşüb:

“Bizim Azərbaycanla oyunumuz olacaq. Onlar Portuqaliyaya yalnız ikinci hissədə qol buraxdılar. Təcrübəli futbolçuları var və çox müdafiə olunacaqlar. Biz isə maksimum dərəcədə diqqətli və toplu olmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
qol.az

2Sources