EN

İngiltərə Premyer Liqası: Tottenhem səfərdən üç xalla qayıdır

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 7-ci turunda "Tottenhem" səfərdə "Lids"dən üstün olub.

Oxu.Az xəbər verir ki, "Elland Roud"da keçirilən görüş 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Tottenhem" Matis Tel (23-cü dəqiqə) və Mohamed Kudusun (57) dəqiq zərbələri ilə qalib gəlib. "Lids"in yeganə qolunu isə 34-cü dəqiqədə Noa Okafor vurub.

Beləliklə də, "Tottenhem Hotspur" 7 liqa matçında 14 xal qazanaraq İngiltərə Premyer Liqasının yarış cədvəlində ikinci pilləyə yüksəlib. Daniel Farkın rəhbərlik etdiyi "Lids" isə 8 xalla 12-ci yerdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
2
oxu.az

3Sources