EN

“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın “Real Madrid”lə oyuna (26 oktyabr) qədər sağalıb-sağalmayacağı haqda suala cavab verib.

QOL.az-ın xəbərinə görə, klub 3 oktyabrda açıqlayıb ki, futbolçunun qasıq nahiyəsində ağrılar yenidən başlayıb. Bildirilib ki, o, 2-3 həftə meydandan kənarda qala bilər.

Flik deyib: “Biz bilmirik, Lamin nə vaxt qayıdacaq. Onda əzələ zədəsi yoxdur, buna görə təxmin etmək çətindir. Ola bilər 2, 3 ya da 4 həftə sonra qayıtsın. Bilmirəm, ‘El-Klasiko’ya hazır olacaqmı. O, bərpa qrupunda çalışacaq. Proses addım-addım gedəcək”.

Xatırladaq ki, “Barselona” ilk dəfə 13 sentyabrda Yamalaın qasıq nahiyəsində narahatlıq hiss etdiyini açıqlamışdı. 28 sentyabrda isə klub onun sağaldığını bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
3
qol.az

4Sources