EN

Qızıl medal qazanan Azərbaycan güləşçisi: "Yarışa çox yaxşı hazırlaşmışdım, qələbə qazanacağıma əmin idim"

Qızıl

Yarışa çox yaxşı hazırlaşmışdım, qələbə qazanacağıma əmin idim.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu III MDB oyunları çərçivəsində keçirilən güləş yarışlarının ikinci günündə qalib gələrək qızıl medal qazanan Azərbaycan güləşçisi Rəvan Həsənov bildirib.

"Yarış çox yüksək səviyyədə keçirildi. Azarkeşlərin dəstəyi mənə çox motivasiya verirdi. Görüşlər və rəqiblər çətin idi. İkinci görüşümdə özbəkistanlı rəqibim məni üstələyirdi, sonradan qalib gəldim. Üçüncü görüşümdə isə rus idmançı Avropa çempionu idi. Ona da qalib gəldim. Ən sonda isə Belarus idmançısından üstün oldum. Qələbələrimin sayının çox olmasını istəyirəm", - deyə Rəvan Həsənov qeyd edib.

Qeyd edək ki, o, 48 kq çəki üzrə yarışda qızıl medal sahibi olub.

Chosen
9
1
xalqcebhesi.az

4Sources