Azərbaycan güləşçiləri III MDB Oyunlarında medal qazanmağa davam edirlər.
İdman.biz bildirir ki, güləş yarışlarının ikinci günündə daha beş güləşçimiz medal qazanıb.
Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Rəvan Həsənzadə (48 kq) qızıl, Hüseyn İsmayılov (65 kq) gümüş, Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kq) və İbrahim Süleymanov (55 kq) isə bürünc medalın sahibi olublar.
Qeyd edək ki, final görüşləri davam edir.