ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Polşa hakimiyyəti ölkənin qərbində və şərqində sərhədçilərə kömək etmək üçün Silahlı Qüvvələrin nizami bölmələrini yerləşdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Bürosunun bəyanatında deyilir.
Bildirilir ki, prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı Karol Navrockinin imzaladığı fərmana əsasən, qoşunlar 2025-ci il oktyabrın 5-dən 2026-cı il aprelin 4-dək yerləşdiriləcək. Onların vəzifəsi dövlət sərhədinin bütövlüyünü təmin etmək, habelə Almaniya ilə sərhəddə təhlükəsizliyi və asayişi qorumaq olacaq.
Oktyabrın 1-də Polşanın daxili işlər naziri Marçin Kervinski Almaniya və Litva ilə sərhəd nəzarətini daha altı ay uzadıb. Nazirlik bəyan edib ki, tədbirlərin məqsədi Baltikyanı ölkələrdən Qərbi Avropaya miqrasiya marşrutuna nəzarət etməkdir.
Məlumata görə, yanvar-avqust aylarında Polşa sərhədçiləri Litvadan gələn 483 qanunsuz miqrantı saxlayıb.
Bundan başqa, Polşa-Almaniya sərhədini qanunsuz keçdiyi üçün 2000-dən çox insan saxlanılıb. Litvadan gələn 250-yə yaxın əcnəbi və Almaniyadan Polşaya qeyri-qanuni daxil olmuş 300-dən çox şəxs də Almaniya ilə sərhəddə tutulub.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.