Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarının final mərhələsi davam edir.
90deqiqe.Az xəbər verir ki, qadın boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində keçirilən final görüşündə rusiyalı Daria Qavrina ilə üz-üzə gəlib.
Təsirli çıxış nümayiş etdirən idmançımız rəqibini məğlub edərək III MDB Oyunlarının qalibi olub və qızıl medal qazanıb.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.