EN

Yaponiyada hakimiyyət partiyasına qadın rəhbərlik edəcək

Yaponiyanın keçmiş iqtisadi təhlükəsizlik naziri xanım Takaiçi Sanae hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Takaiçi Sanae partiya rəhbəri yarışında 4 rəqibinə qalib gələrək, partiya tarixində ilk dəfə qadın lider olub. İkinci mərhələdə də Takaiçi Sanae üstün olub.

Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşiba sentyabrın əvvəlində hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

AzPost.az

Chosen
4
6
azpost.info

7Sources