EN

Gürcüstan paytaxtında ARA QARIŞDI: Xüsusi təyinatlılar etirazçıları BELƏ DAĞIDIR - VİDEO

Xəbər verdiyimiz kimi, Tiflisdə minlərlə etirazçı şəhərin mərkəzində yerləşən Prezident Sarayına basqın etməyə cəhd göstərib. Etirazçılar Azadlıq meydanında toplaşaraq hakimiyyətin xalqa məxsus olduğunu bildiriblər.

Musavat.com xəbər verir ki, hazırda xüsusi təyinatlılar etirazçıları su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək dağıdır.

Qeyd edək ki, bundan əvvəl Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa və vəziyyəti süni şəkildə gərginləşdirməməyə çağırıb. Nazirlik bildirib ki, aksiyanın gedişində ictimai təhlükəsizliyin və asayişin qorunması məqsədilə bütün qanuni tədbirlər görüləcək.

Musavat.com

Chosen
16
1
musavat.com

2Sources