EN

Oleq Qriqorov: Rusiya ordusu xilasetmə işləri zamanı eyni yerə təkrar zərbə endirib

Təhlükəsizlik amilini nəzərə alaraq bərpa və xilasetmə işləri aparılır.

Aznews.az xəbər verir ki, bunu Ukraynanın Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

O, Rusiya ordusunun Ukraynanın Sumı vilayətinin Şostka şəhərindəki dəmir yolu vağzalına zərbəsi nəticəsində bir nəfərin həlak olduğunu xatırladaraq qeyd edib ki, həmin şəxsi meyiti vurulan qatarın altından tapılıb.

Vilayət rəhbəri bildirib ki, xilasetmə işləri zamanı eyni yerə təkrar zərbə endirilib:

"Hazırda hücum davam edir. Təhlükəsizlik amilini nəzərə alaraq bərpa və xilasetmə işləri aparılır. Birgə fəaliyyətin koordinasiyası, yardım göstərilməsi və nəticələrin aradan qaldırılması üçün operativ qərargahın işi təşkil edilib".

Chosen
64
1
aznews.az

2Sources