EN

Türkiyənin ən zəngin insanları – Siyahı

 

“Forbes” Türkiyənin ən varlı adamlarının siyahısını yeniləyib.

NOCOMMENT.az xəbər verir ki, siyahıdakı 10 ən varlı şəxsin ümumi sərvəti 30.8 milyard dollar təşkil edir.

Türkiyəli milyarderlər aşağıdakı sahələr üzrə sərvət toplayıblar. Sözügedən siyahını təqdim edirik:

1. Murat Ülker – 5 milyard 400 milyon dollar;

“Yıldız Holding”in idarə heyətinin sədri, “Ülker” markası ilə tanınan Türkiyənin ən böyük qida şirkətlərindən birinin sahibidir.

2. Şaban Cemil Kazancı – 4 milyard 500 milyon dollar;

“Kazancı Holding”in rəhbərlərindən biridir, enerji, maliyyə və inşaat sahələrində fəaliyyət göstərir.

3. Erman Ilıcak – 3 milyard dollar;

“Rönesans Holding”in qurucusu, tikinti, inşaat və səhiyyə sahələrində böyük layihələr həyata keçirir.

4. İpek Kıraç – 2 milyard 800 milyon dollar;

“Koç Holding”in qurucularından Vehbi Koçun nəvəsi, səhiyyə və texnologiya sahələrində yatırımları var.

5. Mehmet Sinan Tara – 2 milyard 800 milyon dollar;

“ENKA Holding”in rəhbərlərindən, inşaat və enerji sektorunda fəaliyyət göstərir.

6. Semahat Sevim Arsel – 2 milyard 700 milyon dollar;

“Koç Holding”in əsas səhmdarlarından biri, həmçinin turizm və səhiyyə sahəsində fəaliyyət göstərir.

7. Ferit Faik Şahenk – 2 milyard 600 milyon dollar;

“Doğuş Holding”in rəhbəri, bankçılıq, turizm, media və avtomobil sektorunda sərmayələri var.

8. Filiz Şahenk – 2 milyard 400 milyon dollar;

“Doğuş Holding”in böyük səhmdarı, xüsusilə moda və turizm sahəsində yatırımları ilə tanınır.

9. Mustafa Rehmi Koç – 2 milyard 400 milyon dollar;

“Koç Holding”in fəxri prezidenti, Türkiyənin ən böyük sənaye və maliyyə holdinqlərindən birini idarə edir.

10. Hamdi Ulukaya – 2 milyard 200 milyon dollar.

ABŞ-də “Chobani” yoqurt markasının qurucusu, qida sənayesində fəaliyyət göstərir və həm də filantropdur.

Chosen
15
13
nocomment.az

10Sources