EN

İrandan müharibəyə hazırlıq anonsu: Orduya göstəriş verildi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranın müdafiə naziri Əziz Nəsirzadə Türkiyə səfərindən sonra jurnalistlərə verdiyi açıqlamada ABŞ və İsrailin bölgədəki hərbi fəallığını psixoloji əməliyyat adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb. Dövlət rəsmisi İranın mümkün hərbi toqquşmaya hazır olduğunu bildirib.

Nəsirzadə deyib ki, ABŞ və İsrailin bəzi addımları və səsləndirdikləri bəyanatlar cəmiyyətdə qorxu və iqtisadi dalğalanma yaratmaq məqsədi daşıyır:

“Bu fəaliyyətin böyük bir hissəsi psixoloji əməliyyatdır. Onlar hücum edəcəklərini davamlı olaraq təkrar edərək cəmiyyətdə dilemma yaratmaq istəyirlər. İqtisadi sabitliyi pozmaq istəyirlər və bu, müharibənin bir hissəsidir”.

Nazir vurğulayıb ki, İran hər zaman ölkəni müdafiə etməyə hazırdır və əgər müharibə başlanarsa, İran əsgərləri vətəndaşlarını qorumaq üçün borclarını yerinə yetirəcəklər:

“Biz baş verəcək istənilən müharibəyə hazırıq. Orduya göstəriş verilib və onlar yüksək hazırlıq vəziyyətindədir”.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
2
globalinfo.az

3Sources