EN

İsmayıllı–Şəki yolunda ağır qəza - İki nəfər ölüb, dörd nəfər yaralanıb

Bu gün saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rəşad Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi "BMW" markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü - Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
16
olaylar.az

10Sources