EN

Qızıl medal qazanan Azərbaycan güləşçisi: "Yarışa çox yaxşı hazırlaşmışdım"

"Yarışa çox yaxşı hazırlaşmışdım, qələbə qazanacağıma əmin idim".

Oxu.Az xəbər verir ki, bunu III MDB Oyunları çərçivəsində keçirilən güləş yarışlarının ikinci günündə qızıl medal qazanan Azərbaycan güləşçisi Rəvan Həsənov deyib.

"Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Azarkeşlərin dəstəyi mənə böyük motivasiya verdi. Görüşlər və rəqiblər kifayət qədər çətin idi. İkinci görüşümdə özbəkistanlı rəqibim məni üstələyirdi, lakin sonradan üstünlük əldə etdim və qalib gəldim. Üçüncü qarşılaşmada rus idmançı - Avropa çempionu ilə qarşılaşdım və onu da məğlub etdim. Finalda isə Belarus idmançısından üstün oldum. Qələbələrimin sayının çox olmasını istəyirəm", - deyə Rəvan Həsənov bildirib.

Qeyd edək ki, o, 48 kq çəki dərəcəsində yarışaraq qızıl medal qazanıb.

Chosen
4
1
demokrat.az

4Sources