Oktyabrın 4-də III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman
Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.
Azərbaycanlı boksçu Gülər Hüseynova
(48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.
Aysel Fərəcova (46 kq), Əminə
Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan
Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.
Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova
(52 kq),Səma Abbasova (66 kg) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar
qazanıblar.
Beləliklə, Azərbaycanın qadın
boksçuları turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.
Rizvan CƏFƏROV,
"Azərbaycan"