EN

İsmayıllıda ağır qəzada iki nəfər öldü

Baş Dövlət Yol Polisi İdarəsi​nin yaydığı məlumata görə, bu gün saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
16
hurriyyet.az

10Sources